Bank Of Baku

Azərbaycan Gürcüstana qaz ixracını artıra bilər

Azərbaycan Gürcüstana qaz ixracını artıra bilər
# 19 yanvar 2017 12:22 (UTC +04:00)

Gürcüstan hökumətinin "Qazprom"la imzaladığı müqavilə vətəndaş cəmiyyəti tərəfindən də birmənalı qarşılanmayıb. "APA-Economics" "Georgia Online" agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladzenin sözlərinə görə, müqavilənin şərtləri "kommersiya sirri" olduğundan açıqlana bilməz. 80-dək qeyri-hökumət təşkilatı detalların açıqlanmasının vacib olduğunu bildirir.

 

Ekspertlər müqavilənin Gürcüstana vuracağı zərəri hesablamağa da çalışır.

 

Ekspert Aleksandr Tvalçrelidzenin fikrincə, "Qazprom" ilə razılaşma çərçivəsində Gürcüstan hər il 20-30 mln. dollar itirəcək və ölkəyə idxal olunacaq Rusiya qazının həcmi azalacaq: "Rusiya tərəfinə tranzit haqqını qazla yox, pulla ödəmək sərf edir. Gürcüstana isə əksinə. Ermənistan Gürcüstandan 1,8 dəfə çox Rusiya qazı istehlak edir və "Qazprom"un ora nəql etdiyi qazın 10%-i bizim ümumi istehlakın 12-13%-ni təşkil edir. Söhbət kifayət qədər ciddi rəqəmdən gedir. Başqa sözlə, Gürcüstan ziyandadır".

 

Mütəxəssislərin fikrincə, yeni şərtlər Gürcüstanı dilemma qarşısında qoyur: ya Azərbaycandan idxalı artırmaq, ya da Rusiyadan yeni şərtlərlə qaz almaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR