Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar ayı üçün təbii qaz, qaz kondensatı və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi xəbərə görə, bu ilin yanvar ayında sayğac göstəriciləri əsasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 186 730,8 kubmetr qaz kondensatı ixrac edilib. Bu, 2014-cü ilin yanvar ayı ilə müqayisədə 0,95% azdır.
Belə ki, ötən ay Azərbaycandan xarici ölkələrə 844 104,1 kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin ilk ayı ilə müqayisədə 9,32% azdır.
Yanvarda 60 522,3 min kVt/s elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 6,2 dəfə çoxdur.