Bank Of Baku

Azərbaycan magistral neft kəmərləri ilə neft nəqlini 2,3% artırıb

Azərbaycan magistral neft kəmərləri ilə neft nəqlini 2,3% artırıb
# 17 aprel 2015 11:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 11,7 mln. ton neft nəql edilib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2,3% çoxdur.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin 77,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 9,1 mln. ton və ya 5,5% çox neft ötürülüb.

 

Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 1,9 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

 

Bu ilin üç ayında ölkənin magistral qaz kəmərləri ilə 6,3 mlrd. kubmetr qaz nəql edilib. Qazın nəqlinin 29,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 1,8 mlrd. kubmetr qaz ötürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR