Bank Of Baku

Azərbaycan minik avtomobillərinin istehsalını kəskin azaldıb

Azərbaycan minik avtomobillərinin istehsalını kəskin azaldıb
# 19 sentyabr 2016 08:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 177 mln. manatlıq məhsul istehsal edilib.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 12,3%, sair  nəqliyyat vasitələrinin istehsalı 5,1% azalıb, avtomobil və qoşquların istehsalı isə 25,6% artıb.

Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 119 ədəd minik avtomobili istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67,8% azdır. Bu ilin sentyabr ayının 1-ə 157 ədəd hazır minik avtomobili ehtiyatı yaranıb.

Bu ilin səkkiz ayı ərzində ölkədə 376 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin 8 ayı ilə müqayisədə 78,2% çoxdur.
 

Bundan başqa, bu ilin 8 ayı ərzində 992 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Bu da əvvəlki ilin 8 ayı ilə müqayisədə 2,1 dəfə çoxdur. Nəticədə bu ilin sentyabrın 1-ə 466 ədəd hazır məhsul ehtiyatı yaranıb.
 

Bu ilin yanvar-avqust ayları ərzində 626 ədəd traktor istehsal edilib ki, bu da 2015-ci ilin 8 ayı ilə müqayisədə 6,6% azdır. Nəticədə bu ilin sentyabrın 1-ə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR