Bank Of Baku

Azərbaycan neft hasilatını 0,4% azaldıb, qaz hasilatını 6% artırıb

Azərbaycan neft hasilatını 0,4% azaldıb, qaz hasilatını 6% artırıb
# 16 dekabr 2015 12:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 15 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-noyabr aylarının səviyyəsini 2,8% üstələyib.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 38,3 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 18,1 mlrd. kubmetr təşkil edib. Neft hasilatı 0,4% azalıb, qaz hasilatı isə 6,3% artıb.

 

Belə ki, bu ilin yanvar-noyabr ayları ərzində ölkədə 38,316 mln. ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, ötən ilin on ayna nisbətən 0,5% azdır. Nəticədə bu ilin dekabrın 1-ə 342,8 min ton hazır məhsul ehtiyatı yaranıb.

 

Bunun 38 mln. 262,5 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 0,4% azdır.

 

Bu ilin on bir ayı ərzində ölkədə 27 093,9 mln. kubmetr təbii qaz istehsal olunub. Bu, 2014-cü ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 0,2% azdır. Nəticədə bu ilin dekabrın 1-ə 788,6 min kubmetr hazır məhsul ehtiyatı yaranıb.

 

Bunun da 18 068,1 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR