Bank Of Baku

Azərbaycan neft hasilatını 8%-dən çox azaldıb

Azərbaycan neft hasilatını 8%-dən çox azaldıb
# 05 sentyabr 2017 08:15 (UTC +04:00)

Bu ilin iyul ayında Azərbaycanda 3 mln. 339 min ton neft hasil edilib. "APA-Economics" SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 8,16% azdır.


Bu ilin iyun ayı ilə müqayisədə isə bu rəqəm 3,49% çoxdur.


Yanvar-iyul aylarında ümumilikdə ölkə üzrə 22 mln. 499,5 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8,91% azdır.


Qeyd edək ki, bu ilin yanvarında ölkə üzrə 3 mln. 367,5 min ton, fevralında 2 mln. 975,7 min ton, martında 3 mln. 113 min ton, aprelində 3 mln. 186,1 min ton, mayında 3 mln. 291,9 min ton, iyununda 3 mln. 226,3 min ton, iyulunda 3 mln. 339 min ton neft hasil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR