Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 267 mln. 629,66 min ABŞ dolları dəyərində 517 min 915,30 ton neft məhsulları ixrac edib.
Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 172 min 741,50 ton və ya 50,04% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 134 mln. 041,92 min dollar və ya 2 dəfə çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 133 mln. 587,74 min dollar dəyərində 345 min 173,80 ton neft məhsulu ixrac edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 3,63%-ni təşkil edib.