Bu ilin yanvar ayı ərzində Azərbaycan 15 mln. 867,69 min ABŞ dolları dəyərində 28 min 260,95 ton neft məhsulları ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar ayı ilə müqayisədə 29 min 460,37 ton və ya 2,04 dəfə azdır. Məbləğ baxımından isə illik nisbətdə 5 mln. 706,25 min dollar və ya 26,45% azdır.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 21 mln. 573,94 min dollar dəyərində 57 min 721,32 ton neft məhsulu ixrac edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar ayında neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 1,53%-ni təşkil edib.