Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 224 mln. 906,72 min ABŞ dolları dəyərində 583 min 653,13 ton neft məhsulları ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 406 min 332,13 ton və ya 41,04% azdır. Məbləğ baxımından isə illik nisbətdə 11 mln. 527,89 min dollar və ya 4,88% azdır.
Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 236 mln. 434,61 min dollar dəyərində 989 min 985,26 ton neft məhsulu ixrac edilib.
Qeyd edək ki, neft məhsullarının ixracı Azərbaycanın bu ilin 8 ayının ümumi ixracının 3,11%-ni təşkil edib.