Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 118 min 817,08 ABŞ dolları dəyərində 306 min 683,65 ton neft məhsulları ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 323 min 570,1 ton və ya 51,35% azdır. Məbləğ baxımından isə illik nisbətdə 6 min 493,2 dollar və ya 5,18% azdır.
Qeyd edək ki, 2016-cı ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 125 min 210,28 dollar dəyərində 630 min 153,75 ton neft məhsulu ixrac edilib.
Qeyd edək ki, neft məhsullarının ixracı Azərbaycanın bu ilin 4 ayının ümumi ixracının 3,46%-ni təşkil edib.