Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 5,21% və ya 2,99 dollar bahalaşaraq 60,37 dollar olub.