Bank Of Baku

Azərbaycan ötən ay boru kəmərləri ilə neft ixracını 3%-dən çox azaldıb

Azərbaycan ötən ay boru kəmərləri ilə neft ixracını 3%-dən çox azaldıb
# 18 aprel 2016 13:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi bu ilin yanvar-mart ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

 

APA-Economics” komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu ilin üç ayında sayğac göstəriciləri əsasında ümumilikdə 8 146 134,88 min ton xam neft ixrac edib. Bu, 2015-ci ilin yanvar-mart ayları illə müqayisədə 3,22% azdır.

 

Ötən üç ay ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 6 899 477 min ton xam neft ixrac edilib ki, bu da 2015-ci ilin yanvar-mart ayı ilə müqayisədə 3,30% çoxdur.

 

Ötən ay Supsa boru kəməri ilə 2015-ci ilin yanvar ayı ilə müqayisədə 1,28% çox və ya 1 106 852,80 min ton xam neft ixrac edilib. Şimal boru kəməri ilə 79 957 min ton xam neft nəql edilib ki, bu ötən ilin yanvar-mart ayları ilə müqayisədə 4,24 dəfə azdır.

 

Yanvar-mart ayları ərzində dəmir yolu nəqliyyatı ilə 59 848,08 min ton xam neft göndərilib ki, bu da 2015-ci ilin yanvar ayı ilə müqayisədə 5,11 dəfə azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR