Bank Of Baku

Azərbaycan ötən ay dizel ixracını artırıb

Azərbaycan ötən ay dizel ixracını artırıb
# 02 fevral 2015 14:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin yanvar ayında 111 157 ton dizel yanacağı ixrac edib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 42,3% çoxdur.

 

Ötən ay 15 991 ton təyyarə yanacağı ixrac edilib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 57,4% çoxdur. Həmçinin, ötən ay 178 ton soba mazutu ixrac edilib.

 

Bu ilin yanvar ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 467,99 dollar, təyyarə yanacağının - 494,90 dollar, dizel yanacağının - 449,45 dollar, 1% kükürdlü mazutun qiyməti 252,36 dollar təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR