2016-cı ilin 12 ayı ərzində Azərbaycan elektroenergetika sistemində 22,6 mlrd. KVt/saatdan çox elektrik enerjisi istehsal edilib.
“Azərenerji”ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 0,44% çoxdur.
2016-cı ilin dekabr ayında isə 2,2 mlrd. KVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin dekabr ayı ilə müqayisədə 10% çoxdur.
Bununla yanaşı, il ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davamlı şəkildə həyata keçirilib.