Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.
“APA-Economics”in komitənin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, ötən il ərzində gömrük bəyannamələri əsasında 304 684,00 min ABŞ dolları dəyərində 1 825 686,76 min kubmetr təbii qaz ixrac olunub.
Belə ki, bu, daha əvvəlki illə müqayisədə 39,8% azdır. Məbləğ dəyərində isə bu rəqəm 56,6% azdır.
Ötən il ərzində 31 261,38 min dollar dəyərində 588 316,58 min kVt/s elektrik enerjisi istehsal edilib. Bu, 2013-cü ilin 12 ayı dövrü ilə müqayisədə 1,23% azdır. Məbləğ dəyərində isə bu rəqəm 25,8% çoxdur.