Bank Of Baku

Azərbaycan prezidenti “Azərişıq” ASC-nin fəaliyyətinin təşkili haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti “Azərişıq” ASC-nin fəaliyyətinin təşkili haqqında sərəncam imzalayıb
# 04 may 2015 16:40 (UTC +04:00)

APA-nın məlumatına görə, “Azərişıq” ASC-də səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirmək aşağıdakı dövlət orqanlarına həvalə edilib:

 

Nazirlər Kabinetinə:

 

Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

 

Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi;

 

Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

 

Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;

 

Bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Mülki Məcəllə ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

 

Əmlak Məsələləri Dövlət Komitəsinə:

 

Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.

 

Sərəncama əsasən, Nazirlər Kabineti “Azərişıq” ASC-nin nizamnaməsini və strukturunu 1 ay müddətində Azərbaycan prezidenti ilə razılaşdıraraq təsdiq etməli, prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamalı, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməli mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR