Bank Of Baku

Dövlət Neft Fondunun 2014-cü il üçün xərcləri 760 milyon manata qədər azaldılıb - YENİLƏNİB

Dövlət Neft Fondunun 2014-cü il üçün xərcləri 760 milyon manata qədər azaldılıb - <span style="color: red;">YENİLƏNİB
# 11 aprel 2014 07:20 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, dəyişiklik Azərbaycan prezidenti “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan prezidentinin 2014-cü il 25 fevral tarixli sərəncamı  ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə nizamnamə kapitalı 100 milyon dollar təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə ARDNŞ-ə məxsus olan qapalı səhmdar cəmiyyətini  təsis etməsinin, Dövlət Neft Fonduna isə cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsini təmin etməsinin tapşırılması ilə bağlıdır.

 

Dəyişikliyə əsasən, Dövlət Neft Fondunun 2014-cü il üçün büdcəsinin xərcləri 11 milyard 349 milyon 934,8 min manatdan 10 milyard 590 milyon 34,8 min manata qədər azaldılıb. Müvafiq olaraq Dövlət Neft Fondunun büdcəsində TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi üçün nəzərdə tutulan 800 milyon manat xərc maddəsi ləğv olunub. Bunun əvəzində Dövlət Neft Fondunun büdcəsinə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi üçün 40 milyon 100 min manat xərc maddəsi əlavə edilib.

 

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2014-cü ildə istifadəsinin əsas istiqamətlərinə (proqram) də müvafiq dəyişiklik edilib.

 

 

 

 

***

 

10 Aprel saat 19:15

 

Bakı - APA-Economics. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan prezidentinin fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

 

APA-Economics”in məlumatına görə, Azərbaycan prezidenti “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan prezidentinin 2014-cü il 25 fevral tarixli sərəncamının 2.1-ci bəndini nəzərə alaraq qərara alıb:

 

1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 dekabr tarixli 57 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1524) aşağıdakı dəyişikliklər edilsin:

 

- 1-ci hissədə “11 349 934,8” rəqəmləri “10 590 034,8” rəqəmləri ilə əvəz edilsin;

- 3-cü hissənin cədvəlində:

- 3.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

 

3.9.

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi

40 100,0

 

- “Xərclərin məbləği (min manat)” sütununda cəmi göstərilən sətirdə “11 349 934,8” rəqəmləri  “10 590 034,8” rəqəmləri ilə əvəz edilsin;

 

- həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2014-cü ildə istifadəsinin əsas istiqamətləri (proqramı)”nın 1.9-cu bəndi aşağıdakı redaksiyada verilsin:

 

- “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi”.

 

- Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR