Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayında SOCAR tərəfindən 594,9 min kubmetr qaz hasil edilib.
“APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni ayı ilə müqayisədə 2,96% çoxdur. Bu ilin sentyabr ayı ilə müqayisədə isə SOCAR-ın qaz hasilatı 2,53% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 570,2 min kubmetr, fevral ayında 519,1 min kubmetr, mart ayında 580,4 min kubmetr, aprel ayında isə 555,6 min kubmetr, may ayında 576,1 min kubmetr, iyun ayında 570,6 min kubmetr, iyul ayında 605,4 min, avqust ayında isə 603,4 min, sentyabr ayında isə 580,2 min kubmetr qaz hasil edilib.
Bu ilin yanvar-oktyabr aylarında SOCAR tərəfindən ümumilikdə 5 755,9 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin ilk on ayı ilə müqayisədə 5,54% azdır.
Bu ilin oktyabr ayında bütün ölkə üzrə 2 526 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə 1,17% çoxdur. Bu ilin sentyabr ayı ilə müqayisədə isə bu rəqəm 1,17% azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda ölkə üzrə 2 496 min kubmetr, fevral ayında isə 2 330 min kubmetr, mart ayı üzrə 2 589,4 min kubmetr, aprel ayında 2 482,3 min kubmetr, may ayında 2 454,7 min kubmetr, iyun ayında isə 2 327 min kubmetr, iyul ayında isə 2 468 min, avqust ayında isə 1 844,2 min, sentyabr atında isə 2 556 min kubmetr qaz hasil edilib.
Bu ilin yanvar-oktyabr aylarında bütün ölkə üzrə ümumilikdə 24 073,6 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin on ayı ilə müqayisədə 5,27% azdır.