Bank Of Baku

Azərbaycan qaz ixracından gəlirini kəskin artırıb

Azərbaycan qaz ixracından gəlirini kəskin artırıb
# 11 may 2017 10:21 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 276 mln. 201,42 min ABŞ dolları dəyərində 1 mln. 705 min 122,52 kubmetr təbii qaz ixrac edib.

 

Bu barədə "APA-Economics" Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
 

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1 mln. 77 min 869,14 kubmetr və ya 2,72 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 192 mln. 611,19 min dollar və ya 3,30 dəfə çoxdur.

 

Qeyd edək ki, 2016-cı ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 83 mln. 590,23 min dollar dəyərində 627 min 253,38 kubmetr təbii qaz ixrac edilib.

 

Qeyd edək ki, təbii qazın ixracı Azərbaycanın bu ilin 4 ayının ümumi ixracının 8,05%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR