Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələri əsasında 257 063,68 min ABŞ dolları dəyərində 1 530 877,86 min kubmetr təbii qaz ixrac olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 44,9% azdır. Məbləğ dəyərində isə bu rəqəm 60,3% azdır.
Bu ilin 11 ayı ərzində 28 520,29 min dollar dəyərində 544 598,58 min kVt/s elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7,1% azdır. Məbləğ dəyərində isə bu rəqəm 17,3% çoxdur.