Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 9 897,0 mln. kubmetr qaz nəql edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2% artım müşahidə olunub.
Qazın nəqlinin 30,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 3031,1 mln. kubmetr qaz ötürülüb. Bu isə ötən ilin 5 aylıq göstəricisi ilə müqayisədə 5,19% azdır.
Xatırladaq ki, 2017-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 9 778,5 mln. kubmetr qaz nəql edilib. Ötən il qazın nəqlinin 32,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3197,1 mln. kubmetr qaz ötürülüb.