Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 6877,5 min ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 78,8%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 5420,5 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 998,4 min ton tranzit nefti də nəql edilib.
Bu ilin iki ayı ərzində magistral qaz kəmərləri ilə 4329,8 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5% artım müşahidə olunub. Qazın nəqlinin 29,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 1295,0 mln. kubmetr qaz ötürülüb.