Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 343,5 kq qızıl istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin 9 ayı ilə müqayisədə 14,5% çoxdur. Nəticədə bu ilin oktyabrın 1-nə 55,3 kq hazır məhsul ehtiyatı yaranıb.
Bu il ərzində ölkədə 217,2 kq gümüş istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 40,9% azdır. Nəticədə bu ilin oktyabrın 1-nə 4,2 kq hazır məhsul ehtiyatı yaranıb.