Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 042,8 kq qızıl istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin on ayı ilə müqayisədə 21,3% çoxdur. Nəticədə bu ilin dekabrın ayının 1-nə 56,4 kq hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin yanvar-noyabr ayları ərzində ölkədə 105,7 kq gümüş istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 54,4% azdır. Nəticədə bu ilin dekabrın 1-nə 17,9 kq hazır məhsul ehtiyatı yaranıb.