Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Qırğızıstanda yeraltı sərvətlərin tədqiqatları ilə bağlı hərrac keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan «APA-Economics»ə verilən məlumata görə, martın 31-də Toktoğul şəhərində Qırğızıstan Geologiya və Mineral Resurslar üzrə Dövlət Agentliyi tərəfindən üç yeraltı sərvətlər üzrə hərrac baş tutacaq.
Bu hərraclar «Qızılgel» sahəsində yerli qızılın geoloji tədqiqatların aparılması, «Teqenmen» sahəsində yerli qızılın geoloji tədqiqatların aparılması və «Malıy Roq» (Kiçik Buynuz) sahəsində Ketmen-Tube daş duzun hasilatını nəzərdə tutur.
Hərraclarda Azərbaycan iş adamları və sahibkarlar da iştirak edə bilər. Hərraclarda iştirak etməkdə maraqlı olan sahibkarlar və işgüzar dairələr Qırğızıstanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.