Bank Of Baku

Azərbaycan sənayesində istehsal 6% azalıb

Azərbaycan sənayesində istehsal 6% azalıb
# 17 may 2017 10:48 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6% azalaraq 12,6 mlrd. manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8% artıb, neft sektorunda isə 7,5% azalıb. Sənaye məhsulunun 70,5%-i mədənçıxarma, 23,8%-i emal, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

 

Sənayedə qeyri-dövlət sektorunun payı 79,3% olub. Ümumi istehsalın 89,3%-i sənaye məhsulunun istehsalı, 10,7%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin mayın 1-nə 508,1 mln. manatlıq hazır məhsul olub.

 

Ehtiyatların 66,3%-i Bakı, 7,2%-i Sumqayıt, 4,2%-i Gəncə, 3,2%-i Şirvan, 0,1%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 26,6 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR