Bank Of Baku

Azərbaycan sənayesinin neft-qaz sektorunda istehsal bu il 5% azalıb

Azərbaycan sənayesinin neft-qaz sektorunda istehsal bu il 5% azalıb
# 14 mart 2014 10:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycan sənayesinin təsərrüfat subyektləri tərəfindən 5,4 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

 

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 71,6%-i istehsal olunmuş mədənçıxarma bölməsində 6,8 mln. ton neft, 3,1 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

 

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,1%-ni təşkil edib, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 6,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

 

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-fevral aylarının səviyyəsini 8,8% üstələyib, neft-qaz sektorunda isə 4,8% azalıb. Ümumi sənaye istehsalının 93,1%-i malların (əmtəələrin), 6,9%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 79,9%-i özəl bölmədə istehsal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR