Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-noyabr ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin 11 ayı ərzində sayğac göstəriciləri əsasında ümumilikdə 29 941 481,32 min ton xam neft ixrac edib. Bu, 2014-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,97% azdır.
Belə ki, ötən on bir ayı ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 24 421 855,40 min ton xam neft ixrac edilib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 0,69% azdır.
Yanvar-noyabr aylarında Supsa boru kəməri ilə bir illə müqayisədə 1,54% çox və ya 3 915 164,90 min ton, Şimal boru kəməri ilə isə 27,17% çox və ya 1 186 918,00 min ton xam neft ixrac edilib.
Ötən aylar ərzində dəmir yolu nəqliyyatı ilə 417 543,02 min ton xam neft göndərilib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,05 dəfə azdır.