Bank Of Baku

Azərbaycan təbii qaz ixracını 20% azaldıb

Azərbaycan təbii qaz ixracını 20% azaldıb
# 19 oktyabr 2015 10:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-sentyabr ayları üçün təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

 

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin 9 ayında gömrük bəyannamələri əsasında 182 435,71 min ABŞ dolları dəyərində 1 124 297,12 min kubmetr təbii qaz ixrac olunub.

 

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,26% azdır. Məbləğ dəyərində isə bu rəqəm 23,18% azdır.

 

Bu ilin 9 ayı ərzində 14 082,51 min dollar dəyərində 234 336,94 min kVt/s elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 42,48% azdır. Məbləğ dəyərində isə bu rəqəm 29,18% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR