Bank Of Baku

Azərbaycan təbii qaz ixracını 27% artırıb

Azərbaycan təbii qaz ixracını 27% artırıb
# 24 mart 2017 10:02 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 39 min 393,75 ABŞ dolları dəyərində 326 min 719,63 kubmetr təbii qaz ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 70 min 521,98 kubmetr və ya 27,53% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 5 min 531,85 dollar və ya 16,34% çoxdur.

 

Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycanda 33 min 861,90 dollar dəyərində 256 min 197,65 ton təbii qaz ixrac edilib.

 

Qeyd edək ki, təbii qazın ixracı Azərbaycanın bu ilin ilk 2 ayının ümumi ixracının 2,38%-ni təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR