Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 515 mln. 144,36 min dollar dəyərində 3 mlrd. 97 mln. 742,36 min kubmetr təbii qaz ixrac edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin analoji dövrü ilə müqayisədə 2 mlrd. 456 mln. 820,95 min kubmetr və ya 4,83 dəfə, məbləğ baxımından isə 430 min 784,62 dollar və ya 6,11 dəfə çoxdur.
Yanvar-may ayları ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 11,58% təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə 84 mln. 359,74 dollar dəyərində 640 mln. 921,41 min kubmetr təbii qaz ixrac edilib.