Bank Of Baku

Azərbaycan Türkiyədə “STAR” neft emalı kompleksinin tikintisi üçün 744 milyon manat ayırıb

Azərbaycan Türkiyədə “STAR” neft emalı kompleksinin tikintisi üçün 744 milyon manat ayırıb
# 04 oktyabr 2017 20:41 (UTC +04:00)

Türkiyədə “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan  Respublikasının iştirak payının maliyyələşdirilməsi üçün 744  milyon 72 min manat ayrılıb.

 

APA-nın məlumatına görə, bu, prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” 2017-ci il 10 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.

 

Dəyişikliyə əsasən Dövlət Neft Fondunun 2017-ci il büdcəsində xərclər bölməsinə “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan  Respublikasının iştirak payının maliyyələşdirilməsi üçün 744  milyon 72 min manatın ayrılmasını nəzərdə tutan bənd əlavə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR