«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, artıq Türkiyənin «Turcas Grupu»na məxsus «Turcas Rafineri Yatırımları»nın törəmə qurumu olan «Turcas Petrol» şirkəti bu layihədəki bütün payının satılması ilə bağlı «SOCAR-Turkey» ilə danışıqlara başlayıb.
Qeyd edək ki, «Turcas Grupu» bundan öncə «Star» neft emalı zavodunda sahib olduğu 18,5%-nin 13,5%-ni Azərbaycan şirkətinə satacağını açıqlayıb. Daha sonra SOCAR bu hissələrin hamısını əldə etməkdə maraqlı olduğunu açıqlamışdı.
Xatırladaq ki, «SOCAR-Turkey» İzmirin Əliağa vilayətində tikilməkdə olan «Star» neft emalı zavodunda ildə 10 mln. ton neft məhsulları istehsal edəcək. Hazırda «Rafineri Holding A.Ş.» neft emalı zavodunun səhmlərinin 41,5%-nə sahibdir, 18,5% səhm «Turcas Grup»a, 40%-i isə ARDNŞ-ə məxsusdur.