Bank Of Baku

Azərbaycan Türkiyədəki layihəsinə «Goldman Sachs»ı cəlb edir

Azərbaycan Türkiyədəki layihəsinə «Goldman Sachs»ı cəlb edir
# 04 fevral 2014 09:19 (UTC +04:00)

«APA-Economics»in Türkiyənin «Dünya» qəzetinə istinadən verdiyi məlumata görə, artıq bu satış üçün şirkət «Goldman Sachs» (ABŞ) investisiya şirkəti ilə danışıqlara başlayıb.

 

Məlumata görə, «Petlim»in satışından əldə ediləcək gəliri ARDNŞ «Star» neft emalı zavodunda səhm payını artırmaq üçün istifadə etməyi planlaşdırır.

 

«SOCAR Turkey» şirkətinin rəhbəri Kənan Yavuzun sözlərinə görə, inşası davam etdirilən «Petkim Limanı»nın gücünün 1,5 mln. TEU-ya çatdırılması planlaşdırılır: «Limandakı səhm payımızın satışı və ya strateji maliyyə ortaqlığı üçün danışıqlar aparırıq».

 

K.Yavuz satılacaq pay nisbətinin 25% ətrafında ola biləcəyini qeyd edib. O, limanın tikintisinin maliyyələşdirilməsində hər hansı bir çətinliyin olmadığını söyləyib: «Artıq danışıqlara başlamışıq. Gərək ölkəmizə sərmayə axınını davam etdirək və ölkəmizə və şirkətimizə olan etibarı bir daha sübut edək. Bu addımı layihələrimizi beynəlxalq səviyyədə davam etdirmək və maliyyə baxımından yaranmış müəyyən ehtiyaclarımızı ödəmək üçün atırıq».

 

K. Yavuz «Goldman Sachs»ın layihədə iştirakını maliyyə dəstəyindən daha çox, dünyanın ən böyük strateji sərmayədarının layihəyə qatılması faktının əhəmiyyəti baxımından vacib məsələ kimi dəyərləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR