Bank Of Baku

Azərbaycan xam neft istehsalını 1%-dək azaldıb

Azərbaycan xam neft istehsalını 1%-dək azaldıb
# 15 noyabr 2016 15:36 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17,1 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 0,2% azalıb.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 34,7 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 15,5 mlrd. kubmetr təşkil edib.

Bu ilin 10 ayı ərzində ölkədə 34 mln. 718,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2015-ci ilin yanvar-oktyabr aylarına nisbətən 0,8% azdır. Nəticədə bu ilin noyabrın 1-nə 411 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 34 mln. 676 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 0,8% azdır.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə 24 mlrd. 609,9 mln. kubmetr təbii qaz istehsal olunub. Bu, 2015-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 0,6% çoxdur. Nəticədə bu ilin noyabrın 1-nə 1 mln. 167,3 min kubmetr hazır məhsul ehtiyatı yaranıb. Bunun da 15 mlrd. 490,7 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR