Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 3 mlrd. 230 mln 141,02 min dollar dəyərində 8 mln. 72 min 518,52 ton xam neft ixrac edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin yanvar-may ayları ilə müqayisədə 843 min 805,83 ton və ya 9,46% azdır. Məbləğ baxımından isə illik nisbətdə 843 mln. 938,86 min dollar və ya 35,37% çoxdur.
Qeyd edək ki, 2016-cı ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə 2 mlrd. 386 mln. 202,16 min dollar dəyərində 8 mln. 916 min 324,35 ton neft ixrac edilib.