Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 2 mlrd. 616 mln. 375,82 min dollar dəyərində 6 mln. 493 min 465,03 ton xam neft ixrac edib.
Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 873 min 828,26 ton və ya 11,86% azdır. Məbləğ baxımından isə illik nisbətdə 730 min 889,65 dollar və ya 38,76% çoxdur.
Qeyd edək ki, 2016-cı ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 1 mlrd. 885 mln. 486,17 min dollar dəyərində 7 mln. 367 min 293,29 ton dərman ixrac edilib.