Bank Of Baku

Azərbaycan xam neft ixracını 9% azaldıb

Azərbaycan xam neft ixracını 9% azaldıb
# 24 mart 2017 08:20 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 1 mln. 387 min 383,29 ABŞ dolları dəyərində 3 mln. 400 min 474,38 ton xam neft ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 335 min 120,24 ton və ya 8,97% azdır. Məbləğ baxımından isə illik nisbətdə 446 min 888,18 dollar və ya 47,52% çoxdur.

 

Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycanda 940 min 495,11 dollar dəyərində 3 mln. 735 min 594,62 ton xam neft ixrac edilib. 

 

Qeyd edək ki, xam neft ixracı Azərbaycanın bu ilin ilk 2 ayının ümumi ixracının 83,88%-ni təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR