Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar ayı üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayında gömrük bəyannamələri əsasında 1 065 396,08 min ABŞ dolları dəyərində 2 356 153,24 ton xam neft ixrac olunub.
Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 34,2% azdır.
Bu ilin ilk ayında 55 063,55 min dollar dəyərində 178 545,28 ton həcmində neft məhsulları ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 73,2% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 21,7% azdır.