Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 5 mlrd. 883 mln 465,06 min dollar dəyərində 15 mln. 381 min 808,47 ton xam neft ixrac edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 8 mln. 799 min 280,09 ton və ya 36,39% azdır, məbləğ baxımından isə 1 mlrd. 470 mln. 525,04 min dollar və ya 20,01% azdır.
Qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 7 mlrd. 353 mln. 990,10 min dollar dəyərində 24 mln. 181 min 088,56 ton xam neft ixrac edilib.
Qeyd edək ki, xam neftin ixracı Azərbaycanın bu ilin doqquz ayında ümumi ixracının 72,24%-ni təşkil edib.