Bank Of Baku

Azərbaycan xam neftin ixracını 46% artırıb

Azərbaycan xam neftin ixracını 46% artırıb
# 20 iyun 2018 13:55 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan 5 mlrd. 921 mln 818,60 min dollar dəyərində 11 mln. 779 min 766,88 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

 

"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından 2017-ci ilin 5 ayı ilə müqayisədə 3 mln. 707 min 248,36 ton və ya 45,92% çoxdur, məbləğ baxımından isə 2 mln. 691 mln. 677,58 min dollar və ya 83,33% çoxdur.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-may ayları ərzində Azərbaycandan xarici ölkələrə 3 mlrd. 230 mln. 141,02 min dollar dəyərində 8 mln. 072 min 518,52 ton xam neft ixrac edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında xam neftin ixracı Azərbaycanın ümumi ixracının 80,34%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR