Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1 mlrd. 827 mln 303,52 min dollar dəyərində 3 mln. 648 min 802,68 ton xam neft ixrac edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından 2017-ci ilin iki ayı ilə müqayisədə 24 min 832,83 ton və ya 7,30% çoxdur, məbləğ baxımından isə 439 mln. 920,23 min dollar və ya 31,70% çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycandan xarici ölkələrə 1 mlrd. 387 mln. 383,29 min dollar dəyərində 3 mln. 400 min 474,38 ton xam neft ixrac edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-fevral aylarında xam neftin ixracı Azərbaycanın ümumi ixracının 82,67%-ni təşkil edib.