Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana ümumi dəyəri 2 mln. 663 min ABŞ dolları olan 5 226,2 ton neft və neft məhsulları ixrac edilib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidmətinin açıqladığı hesabatda qeyd edilib.
Rəqəmlərin təhlili göstərir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə həcm baxımından 8 min 76,1 ton və ya 2,54 dəfə azdır. Məbləğ baxımından isə bu rəqəm 1 mln. 73,9 min dollar və ya 28,73% azdır.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayında Azərbaycandan Gürcüstana 3 mln. 736,9 min dollar dəyərində 13 min 302,3 ton neft və neft məhsulları ixrac edilib.