Azərbaycana idxal edilən KO-20 markalı işıqlandırıcı kerosin və KT2 markalı texniki məqsədlər üçün kerosinə tətbiq edilən gömrük rüsumu ləğv edilib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” 17 noyabr 2017-ci il tarixli qərarına müvafiq dəyişiklik edib.
Qərar 1 yanvar 2019-cu ilə qədər qüvvədədir.