Bank Of Baku

Azərbaycanda 10,4 mln. ton neft, 4,5 mlrd. kubmetr təbii qaz hasil edilib

Azərbaycanda 10,4 mln. ton neft, 4,5 mlrd. kubmetr təbii qaz hasil edilib
# 16 aprel 2014 07:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycan sənayesinin təsərrüfat subyektləri tərəfindən 8,2 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 71,8%-i istehsal olunmuş mədənçıxarma bölməsində 10,4 mln. ton neft, 4,5 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

 

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21%-ni təşkil edib, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 6,5%-I elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7%-I su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

 

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-mart aylarının səviyyəsini 6,8% üstələyib, neft-qaz sektorunda isə 3,6% azalıb. Ümumi sənaye istehsalının 93,0%-I malların (əmtəələrin), 7,0%-I isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,2%-I özəl bölmədə istehsal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR