Bank Of Baku

Azərbaycanda “Premium Euro-95” markalı benzinin qiyməti qalxıb - VİDEO - YENİLƏNİB

Azərbaycanda “Premium Euro-95” markalı benzinin qiyməti qalxıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 06 avqust 2014 08:37 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, ölkəyə xaricdən gətirilən və qiyməti bundan əvvəl 93 qəpiyə satılan bu növ yanacaq 4 qəpik artaraq 97 qəpik olub.

 

Ölkədə geniş yanacaqdoldurma məntəqələrinə (YDM) sahib olan şirkətlərdən “APA-Economics”ə verilən məlumata görə, qiymət artımı bu gündən etibarən baş verib.

 

“Lukoyl Azərbaycan” şirkətindən bildirilib ki, “Premium Euro-95” markalı benzini Azərbaycan Dövlət Neft Şirkətinin tövsiyə etdiyi qiymətə uyğun olaraq satır: “Bildiyiniz kimi, bu növ yanacaq sərbəst qiymətlərlə satılır və gecə saatlarından etibarən qiymət 97 qəpik təşkil edib”. 

 

“Azpetrol” şirkətindən “APA-Economics”ə bildiriblər ki, sözügedən yanacaq markasının qiymətinin artmasına səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir: “Azərbaycanda yalnız iki şirkət - "SOCAR Petroleum" və “Azpetrol” “Premium Euro-95” markalı benzinin ölkəyə gətirilməsi ilə məşğuldur. “Azpetrol” adıçəkilən benzin markasını Yunanıstandan idxal edir. Dünya bazarında neftin qiymətində baş verən artım “Premium Euro-95” markalı benzinin satış qiymətinə təsirini göstərib”. 

 

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev “APA-Economics”ə açıqlamasında bildirib ki, şirkət “Premium Euro-95” markalı benzinin satış qiymətinin artırılması ilə bağlı heç bir şirkətə tövsiyə verməyib.

 

“Bir şirkətin başqa bir şirkətə bu istiqamətdə tövsiyə verməsi o qədər də inandırıcı deyil”, - deyə o bildirib.

 

Qeyd edək ki, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan "Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR