Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi 1830,9 mln. manat olmaqla əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,7% azalıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin doqquz ayında ölkədə 907,0 min ton avtomobil benzini istehsal olunub. Bu, 2014-cü ilin eyni ayları ilə müqayisədə 0,5% azdır. Nəticədə bu ilin oktyabrın 1-nə 41,3 min ton məhsul ehtiyatı yaranıb.
Ötən doqquz ay ərzində ölkədə 2 128,3 min ton dizel yanacağı istehsal olunub ki, bu da daha əvvəlki ilin doqquz ayı ilə müqayisədə 1,1% çoxdur. Nəticədə bu ilin oktyabrın 1-nə 65,9 min ton məhsul ehtiyatı yaranıb.
Yanvar-sentyabr aylarında Azərbaycanda ağ neftin istehsalı 2,5% azalıb. Belə ki, ötən aylar ərzində ölkədə 512,1 min ton ağ neft istehsal olunub ki, bu ilin oktyabrın 1-nə 24,3 min ton hazır məhsul ehtiyatı yaranıb.
Ötən aylar ərzində ölkədə neft bitumunun istehsalında azalma var. Ötən aylar ərzində Azərbaycanda 171,9 min ton neft bitumu istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,0% azdır. Nəticədə oktyabrın 1-nə 1,6 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin doqquz ayında ölkədə sürtgü yağlarının istehsalı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 55,1% azalıb. Belə ki, 9 ərzində 18,2 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin oktyabrın 1-nə 11,6 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım var. Belə ki, ötən aylar ərzində 142,2 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2014-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,0% azdır. Nəticədə bu ilin oktyabrın 1-nə 1,3 min ton hazır məhsul ehtiyatı yaranıb.
Ötən doqquz ay ərzində Azərbaycanda 263,8 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 47,5% artım deməkdir. Nəticədə bu ilin sentyabr ayının 1-nə 5,2 min ton hazır məhsul ehtiyatı yaranıb.