Bank Of Baku

Azərbaycanda benzin və dizel istehlakı artıb

Azərbaycanda benzin və dizel istehlakı artıb
# 16 fevral 2018 08:21 (UTC +04:00)

2017-ci ildə Azərbaycanda əsas növ neft emalı məhsullarının istehlakı 3,8 mln. ton olub və 2016-cı illə müqayisədə 1% artıb.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumi istehlakın 34,7%-ni dizel yanacağı, 34,1%-ni avtomobil benzini, 9,1%-ni mazut yanacağı, 6,1%-ni neft bitumu, 4,8%-ni neft-kimya sənayesində istifadə üçün benzin, 4%-ni aviasiya üçün və sair ağ neft, 3,4%-ni maye qaz, 1,1%-ni sürtkü yağları, 2,7%-ni isə digər neft emalı məhsulları təşkil edib.

 

Ötən il Azərbaycanda 1 287,4 min ton avtomobil benzini istehlak edilib ki, bu da 2016-cı illə müqayisədə 1,8% çoxdur.

 

2017-ci ildə 1312,8 min ton dizel yanacağı istehlak edilib ki, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 26,7% çoxdur. 2017-ci ildə mazut yanacağının istehlakı 49,3% azalaraq 345,1 min ton, aviasiya üçün və sairə ağ neft istehlakı 8,6% azalaraq 152,8 min ton təşkil edib.

 

2017-ci ildə Azərbaycanda neft-kimya sənayesində istifadə üçün benzin istehlakı 10,1% azalaraq 181 min ton təşkil edib. Bu müddət ərzində neft bitumunun istehlakı 32,3% artaraq 230,8 min ton, sürtkü yağlarının istehlakı  20% artaraq 42,8 min ton olub.

 

2017-ci il ərzində maye qazın istehlakı 8,9% azalaraq 128,4 min ton təşkil edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR