Bu ilin iki ayında 433,3 mln. manatlıq neft məhsulları istehsal edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 0,9% azdır.
Hesabat dövründə neft məhsullarından avtomobil benzininin istehsalı 0,2%, ağ neftin istehsalı 15,7%, yanacaq mazutunun istehsalı 91,4% azalıb. Dizel yanacağının, neft bitumunun və neft koksunun istehsalı artıb.