Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanın enerji sistemində 1,9 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib.
“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu ötən ilin eyni dövründən 0,1 mlrd. kVt/saat çoxdur.
Ay ərzində ölkə enerji sistemi ilə əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Bu ilin 7 ayı ərzində isə ölkə enerji sistemində 13,4 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib. Bu 2014-cü ilin müvafiq göstəricisindən 3,08% və ya 0,4 mlrd. kVt/saat çoxdur.